Yalnızlıq yalnız bir söz deyil; bir həyatdır...
Ümidlə gözləmək, göz yaşlarını tutmaqdır...
Bilirsinizmi yalnızlıq necə ağrı verir insana?
Sanki soyuq bir otaqda tək başına yatmaq necə ağrıdar ürəyinizi…
Üşüməkdir onsuz boş yataqda, ağlamaqdır. Darıxmaqdır yalnızlıq; həsrətlə gözləməkdir.
Yalnızlıq çoxuna görə sadə bir sözdən ibarətdir. Amma heç düşündünüzmü yalnız istədiyinizdə deyil, hər vaxt yalnız olsaydınız həyatınızın necə olacağını…

Yalnızlıq bir ananın qaranlıq gecələrdə ağlayan uşağını düşünərək səhərləməsidir...

Yalnızlıq bir əsgəri gözləyən sevdiyinin yatmadan əvvəlki duasıdır...

Yalnızlıq dərdlərini boş divarlara izah etdiyində onların sənə cavab verməsini istəyərcəsinə boş-boş divarlara baxmağındır.
Ölümdür yalnızlıq; soyuqdur...
Atəş kimi yanan ürəyinlə sevdiyinin sənə gəlməsini gözləməkdir yalnızlıq.
Yalnızlıq yalnız bir söz deyil, bir həyatdır. Ümidlə gözləmək, gözyaşlarını tutmaqdır, bəlkə də tutabilməmək..!
Heç kim yalnız qalmasın, çünki yalnızlıq tək Allaha məxsusdur...
Bir də... Qarşılıqlı sevirsinizsə bərk-bərk tutun bir-birinizin əllərinizdən....!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə