20 sentyabr 2018-ci il tarixində, saat 12.00-da Yazıçılar Birliyinin Natavan klubunda müasir Azərbaycan qadın poeziyasının görkəmli nümayəndəsi, unudulmaz Nurəngiz Günün 80 illiyinə həsr olunmuş Xatirə Günü keçiriləcəkdir. Tədbirdə mərhum şairənin adını daşıyacaq internet saytının və tanınmış şair Maşallah Məftunun Nurəngiz Günə ithaf etdiyi "Güllərin Soyqırımı" kitabının təqdimatı olacaqdır. Arzu edənlər dəvətlidirlər.

Qeyd: Tədbirdən öncə, 20 sentyabr 2018-ci il tarixində, saat 11.00-də isə mərhumun məzarı və qəbirüstü abidəsi ziyarət ediləcəkdir.  

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə