Türkiyənin Star telekanalından yayımlanan “O ses Türkiye” yarışmasının finalçısı olan azəri əsilli Ayda Moşarraf

 bir az əvvəl “O səs Türkiye – yılbaşı özel” layihəsində səsvermədə qalib gələrək birinci oldu və layihədən avtomobil qazandı. Aydanın bütün ifaları münsiflər və tamaşaçılar tərəfindən aramsız alqışlarla qarşılanıb. Ayda qalib gəldikdən sonra səhnəyə ayaqyalın çıxaraq ifasını səsləndirib. “Xəyal production”-nın əməkdaşına açıqlama verən sənətçi çox xoşbəxt olduğunu, Azərbaycan xalqını yeni il münasibəıtilə təbrik etdiyini söylədi. “Babamın məmləkəti var olsun, sizləri çox sevirəm. Tezliklə mütləq görüşəcəyik “ deyə Ayda sevincini bölüşüb.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə