İyun 2014

27 457 2014

Elmir Mədətoğlu - Unutma məni (Ən Yaxşı Şeir)


Mənim ilk pənahım , mənim həyatım ,
Unudan deyiləm , unutma məni .
Bilirsən nə qədər sevirəm yarım ,
Unudan deyiləm , unutma məni .

Read more

Zeynəb Dərbəndli - Ulu Öndər (Ən Yaxşı Şeir)


Ulu öndər baş əyirik biz sənə
Biz hamımız borcluyuq bu vətənə
Gəlib yetdin vətənin dar gününə
Şöhrətimiz ucaldı günə aya
Bizi qorumaqçün gəldin dünyaya

Read more

Azərbyacan Yazıçılar Birliyinin toplantısında önəmli qərarlar alındı



Azərbyacan Yazıçılar Birliyinin İdarə Heyətinin, Ağsaqqallar Şurasının və Təftiş Komissiyasının geniş tərkibdə toplantısı keçirilib.

Read more

Etibar Etibarlı - Ədəbiyyatı şouya döndərmək günahdır


  Bu gün çağdaş Azərbaycan ədəbiyyatının son iyirmiillik ümümi mənzərəsi heç də birmənalı qarşılanmır. Bir oxucu kimi mən də bu qənaətdəyəm. Narahatlıq doğuran  problemin həm obyektiv, həm də subyektiv səbəbləri var. Axı “tarixən müəyyən zaman kəsiyində mövcud olan ictimai-iqtisadi quruluş qəflətən dağılanda onun diktə etdiyi ideologiya çərçivəsində ( yaxşı, ya da pis—fərqi yoxdur) formalaşan cəmiyyətdə istər-istəməz   xaotik vəziyyət yaranır. Cəmiyyətin ayrı-ayrı fərdlərinin taleyi gözlənilmədən qopan tufanın, qəzəbli qasırğanın daşa –divara çirpdığı xəzəllərə bənzəyir və bu qəfil “zəlzələ” bütövlükdə cəmiyyətin mənəvi dünyasında  elə dərin bir “boşluq” yaradır ki,  həmin “boşluğu”  doldurmaq kimi ağır bir yük yazıçıların öhdəsinə düşür. Belə bir taleyi xalqımız da yaşadı. Təəssüf  ki, sovet dönəmindən sonra arada əmələ gələn müvəqqəti “ boşluğun” gətirdiyi sərbəstlik  “sərməstliyə” rəvac verdi. “Mən ədəbiyyat yaradıram” deyə-deyə dil boğaza qoymayanlar meydanı boş görüb “qələmə sarıldılar”...”(kursiv E.E) və nəticədə qəribə bir mənzərə yarandı. Lakin bədbin olmağa dəyməz , çünki gec-tez ZAMAN hər şeyi yerbəyer eləyir. Artıq ideya, məzmun, dil və bədii dəyər baxımından seçilən xeyli əsər meydana çıxıb, demək “bulanmış sular durulmaqdadır”. 

Read more

25 564 2014

Qəşəm Nəcəfzadə - Sənin dərsin (Ən Yaxşı Şeir)


Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.

Read more

Səidə Əliyeva - Ey tale qisməti, alın yazısı (Ən Yaxşı Şeir)


Həlim təbiət, kövrək sadəlövhəm

Qar, yağışa həsrət susuz səhrayam.

Nə tez tanıdı yaxamı kədər, qəm,

Sən hardan bilirdin üzüyolayam?

Ey tale qisməti, alın yazısı.

Read more

Ruslan Dost Əli - Ax uşaqlığım (Ən Yaxşı Şeir)



hərə bir züm-zümə edir keçmişdən,
hərə içində bir bəstə saxlayır.
məni bu od-ocaq qızdırmır daha,
məni xatirələr isiti saxlayır:

Read more

Ədəbiyyatda önəmli layihə - JEM-dən





Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin (JEM) “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” adlı 4 aylıq layihə çərçivəsində hazırladığı ingilis dilində kitab nəşr olunub.

Read more

24 601 2014

Səlim Babullaoğlu yeni görəvdə - Ilk açıqlama


Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibliyinin, İdarə Heyətinin, Ağsaqqallar Şurası və Təftiş Komissiyasının üzvlərinin genişləndirilmiş birgə iclası keçirilmişdir.

Read more

Sara Nəzirova dünyasını dəyişib


İyunun 22-də axşam saatlarında "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, yazıçı-publisist Sara Nəzirova vəfat edib. Bu barədə məlumatı "kulis.az"a yaxınları bildirib.

Read more