![]() |
![]() ![]() |
İyunun 30-da Sankt Peterburqun (Rusiya) V.Mayakovski adına kitabxanasında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, AYB katibi Elçin Hüseynbəyli ilə onlayn görüş keçirilib.
Bu barədə məlumatı Sankt-Peterburqda yaşayan, layihənin Azərbaycan üzrə əlaqələndiricisi, şərqşünas-türkoloq, yazıçı Şahnaz Kamal verib.
“Oxuyan Piter” layihəsi çərçivəsində baş tutan tədbirə Rusiyanın müxtəlif şəhərlərindən, Türkiyə və Azərbaycandan da iştirakçılar qatılıb.
Söhbət əsasən E.Hüseynbəylinin “Oxuyan Piter” müsabiqəsinə təqdim olunmuş “Şaqi komandora, ili 141 pervıy Don Juan” (“141-ci Don Juan”) əsəri və yazıçının yaradıcılığı üzərində qurulub.
İki saata yaxın davam edən görüşdə yazıçı həyat və yaradıcılığı ilə bağlı oxucuların və ədəbiyyat mütəxəssislərinin çoxsaylı suallarına cavab verib.
Şahnaz Kamal qeyd edib ki, bu, Nobel mükafatçılarının da qatıldılğı layihə çərçivəsində ilk görüşdür.