Martın 24-də Ankarada III “Sanatın və kültürün kardeşliği – müze, şiir, müzik” tədbiri keçirilb. Türkdilli ölkələrdən şair və yazarların qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair-jurnalist Xəyal Rza təmsil edib. Bu il üçüncüsü təşkil edilən tədbir İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahiblərinin Məslək Birliyi) təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyilə gerçəkləşib. Tədbir Ankaranın ən qədim muzeylərindən birində - Anadolu Mədəniyyətlər Muzeyində təşkil edilib. Gecədə iki şeir – “Qara gözələ elegiya” və “Evsiz qapı” şeirlərini səsləndirən Xəyal Rza Azərbaycanın Qarabağ zəfərindən, erməni vəhşiliyi nəticəsində dağıdılmış mədəniyyət ocaqlarından, muzeylərdən söz açıb,  dünyada dördüncü, SSR-də birinci olan Azıx mağarası, dünyada iki muzeydən biri olan Çörək Muzeyindən, Şuşada dahi Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeylərindən danışıb. Xəyal Rza bir gün belə tədbirlərin həmin muzeylərdə də keçirilməsini arzulayıb.

Tədbir Türk Sənət Musiqisi ifaçılarının və xor qrupunun çıxışıyla yekunlaşıb.

 

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə