Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın milli mətbuatımızın banisi, görkəmli maarifçi, “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabiyə həsr olunan “İşığa gedən yol” romanının təqdimatı keçirilib.

 

Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva tədbiri açaraq kitabın mahiyyətindən danışıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında bildirib ki, Sona Vəliyeva tarixi şəxsiyyətimiz barədə çox gözəl bir əsər ortaya qoyub. Kitabda Həsən bəy Zərdabinin ömür yolu ilə yanaşı, Azərbaycanın həmin dövrdəki tarixi də bədii şəkildə çox peşəkarlıqla əks olunur. Kitabın dili çox sadə və rəvandır, oxucular çox rahatlıqla hadisələri başa düşürlər. Bu kitab tələbələrimiz, tarixçilərimiz üçün də gözəl bir mənbədir.

Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan şöbəsinin rəhbəri Rafiq Hümmət bildirib ki, kitabın Tbilisidə təqdimatının keçirilməsi buradakı soydaşlarımızın Həsən bəy Zərdabi haqqında daha dolğun və ətraflı məlumat əldə etməsinə səbəb olacaq.

Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə və başqaları çıxış edərək roman haqqında fikirlərini bölüşüblər.

Bildirilib ki, müxtəlif mənbələrdə Həsən bəy Zərdabi haqqında məqalələrə rast gəlsə də, onun haqqında belə ətraflı, onun ömrünü tam əks etdirən əsərə yox idi. Milli mətbuatımızın banisinin ömür yolu kitabda çox geniş şəkildə təsvir olunub. Bu səbəbdən də əsər çox böyük marala qarşılanır.

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə