Sentyabrın 13-dən 17-dək Rusiya Federasiyası Ulyanovsk şəhərində VI Beynəlxalq Mədəniyyət Forumu keçirilib.
Forumda ölkəmizi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu təmsil edib.

S.Babullaoğlu bildirib ki, Vilayət İncəsənət və Mədəniyyət Siyasəti Nazirliyi və “Ulyanovsk-mədəniyyət paytaxtı” Fondunun birgə təşkilatçılığı ilə keçirilən forum çərçivəsində Beynəlxalq Kitab sərgi-yarmarkasında oxucularla görüş olub.

Görüşdə ədəbiyyatçılar, Ulyanovsk şəhərində təhsil alan ali məktəb tələbələri, şəhər sakinləri, eləcə də Azərbaycan diasporasının üzvləri də iştirak ediblər. Tədbirdə Ulyanovsk Gənc Tamaşaçılar Teatrının direktor müavini, Beynəlxalq Kitab sərgi-yarmarkasının təşkilatçısı Yelena Çiçnyova xalqlar arasında ədəbiyyatın böyük önəmindən danışıb. /Azərtac/

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə