![]() |
![]() ![]() |
İLESAM yeni müsabiqəyə start verib.
Bu barədə AYB.az saytına qurumun Azərbaycan təmsilçisi şair Xəyal Rza açıqlama verib: “İLESAM (Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi) 1986-cı ildə yaradılmış və bu illər ərzində inkişaf edərək Türkiyənin ən tanınmış imzalarını birləşdirməyi bacarmış bir qurumdur. Müəllif hüquqları, ədəbi əlaqələr, elm və ədəbiyyatın inkişafı sahəsində İLESAM çox böyük layihələrə imza atıb. 2016-cı ildə Birliyin 30 yaşı tamam olur. 30 illik tədbirlər planının müzakirəsi zamanı İdarə Heyəti İLESAM üçün marş (himn) yazılmasının vacibliyinə qərar verib və bu məqsədlə yeni müsabiqəyə start verilib. Müsabiqənin əsas şərtlərindən biri odur ki, müsabiqədə yalnız İLESAM üzvləri iştirak edə biləcəklər. Bildiyiniz kimi Azərbaycanda da İLESAM üzvləri var. Biz yaxın gələcəkdə Azərbaycanın tanınmış elm və ədəbiyyat adamlarından yeni üzvlər də qəbul edəcəyik. İLESAM-ın Azərbaycan təmsilçiliyi olaraq bu istiqamətdə işlər aparırıq".
AYB.az