Azərbayacan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Sinergetik Tədqiqatlar İctimai Birliyi ara- sında Memorandum imzalandı. Sənəd hər iki təşkilatın gələcək əməkdaşlıq imkanlarının konkret layihələr əsasında birləşdirilməsini nəzərdə tutur. Sinergetik Tədqiqatlar İctimai Birliyi Anar Tahirovun sözlərinə görə bu sənəd müştərək elmi-humanitar simpozium, konfrans və forumların keçirilməsini, nəşrlərin hazırlanmasını, həm ölkə daxilində, həm xaricdə milli ədəbiyyatı və milli kimliyi tanıtmaq istiqamətin- də səylərin birşləşdirilməsini ehtiva edir: “Düşünürük ki, Azərbaycan Yazıçılar Birliyinin vacib və həm də ölkə xaricində tanınan strukturlarından olan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təcrübəsi və imkanları, eyni zamanda bizim də imkanlarımız ölkəmiz, mədəniyyətimiz, elmimiz üçün, təbliğ üçün geniş imkanlar açır...” Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu hesab edir ki, bu sənəd vacib sənəddir, lap yaxın günlərdə öz səmərəli bəhrəsini verəcək : “Bilirsiz ki, 5- iyun Gənc Şairlər Birliyinin təşkil elədiyi 5-ci Şairlər Günü keçiriləcək. Biz də həmin proqram çərçivəsində Sinergetik Tədqiqatlar İctimai Birliyi ilə artıq ilk tədbirimizi- “Qloballaşma çağında milli ədəbiyyatlarda və ictimai fikirdə fərdlərin və topluluqların fərdi və mənəvi təhlükəsizlik problemləri” mövzusunda Beynəlxalq Simpozium keçirəcəyik.”