![]() |
![]() ![]() |
Mayın 19-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri - Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Rəsul Rzanın anadan olmasının 105-ci ildönümü münasibətilə ədibin xatirəsini anma mərasimi keçirilib.
AYB.az xəbər verir ki, mərasim iştirakçıları görkəmli poeziya ustasının Fəxri xiyabandakı məzarını ziyarət edərək, üzərinə tər çiçək dəstələri düzüblər.
Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca mərasim iştirakçılarına Rəsul Rza ilə bağlı xatirələrindən danışıb. Şair, dramaturq Yusif Həsənbəy Rəsul Rzanın şeirlərini söyləyib.
Sonda Azərbyacan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən ehtirama görə ailəsi adından minnətdarlığını bildirib.
Qeyd edək ki, Rəsul Rza 1910-cu il may ayının 19-da Göyçay rayonunda anadan olub.