2015-ci il...Azərbaycan torpaqlarında yaradılan Ermənistan respublikasının yalançı “erməni soyqırımı” iddiasının anılmasının 100 illiyi keçirilir... Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirsə də, ermənistan,Birinci cahan müharibəsiərəfəsində Anadoluda yaşayan ermənilərin sistemlişəkildə məhvedildiyiniiddiaedərək, 24 aprelgününü gözyaşları içərisində qətliyamgünü kimiqeydetməyə hazırlaşır...

 

Bu iddia ermənilərin vətən və xalq sevgisindən deyil, NATO-ya qoşulan Türkiyə siyasi zərbə vurmaq və dünya ictimaiyyətinin nəzərindən salmaq planından irəli gəlməkdədir. Halbuki, 1915-1923-cü illərdə ermənilər Türkiyədə və İrəvan xanlığı ərazisində sayca daha çox insan qırmışlar. Halbuki, tarixdə 31 mart Azərbaycan xalqının soyqırımı günü, 26 fevral Xocalı qətliamı, dəhşətli Qarabağ faciəsi kimi faktlar da var ki, dünya  ictimaiyyəti bu hadisələrə “erməni soyqırımı” qədər diqqət göstərmək istəmir və bəzən, hətta, göz yumur.

 

Erməni siyasətçiləri öz məkrli planlarını hər çür üzdəniraq yollarla yeritməkdə ikən,  türk xalqları öz haqq səslərini, həmişə olduğu kimi, alicənab və dürüst bir tərzdəeşitdirməkdədirlər.

Dünyanın diqqətini həqiqətə və ədalətə yönəltməyin ən nəcib yolu isə, əlbəttə ki,- Ədəbiyyatdır!

 

Bu günlərdə Türkiyənin Ankara şəhərində yeni bir kitab dünyaya gəldi. “Qarabağ hekayələri” adlanan bu toplum Azərbaycanın hörmətli millət vəkili Qənirə xanım Paşayeva ilə Türk dünyasının ünlü yazarı və tərcüməçisi İmdat Avşarın birgə səyi nəticəsində yarandı.

Erməni millətçilərinətutarlı bir sillə olacaq “Qarabağ hekayələri”: Sabir Rüstəmxanlı, Elçin Əfəndiyev, Əjdər Ol, Elçin Hüseynbəyli, Qənirə Paşayeva, Aqil Abbas, İmdat Avşar, Günel Anarqızı, Mahir Qabiloğlu, Novruz Nəcəfoğlu, Əkbər Qoşalı, Aydın Tağıyev, Aslan Quliyev, Pərvin Nurəliyeva, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Məqsəd Nur, Narıngül Nadirqızı, Kamran Nəzirli və Akif Əli kimi qələm sahiblərinin ağrı, həsrət və nisgil dolu hekayələrindən ibarətdir.

Bu əsərlər- iyirminci yüzilliyin sonunda, müasir dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır qətliyamlardan birinə məruz qalan, minillik ata yurdlarından: Şuşadan, Ağdamdan, Xankəndindən.... sürgün edilən Azərbaycan Türklərinin Dağlıq Qarabağda yaşadıqları vəhşilikləri ədəbiyyata və bununla da, əbədiyyətə həkk edən abidələrdir.

 

Hekayələri Türkiyə türkcəsinə uyğunlaşdıran hörmətli İmdat Avşar bəy bu kitaba böyük dəyər verərək belə deyir: “Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və Türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə əminəm. Bu səbəbdən də, məni əlinizdəki kitabın hazırlanmasına sövq edən ustadım - Azərbaycan Yazarlar Birliyinin sədri Anar bəyə, fikirləri ilə mənə istiqamət verən hörmətli qardaşım Sabir Rüstəmxanlıya, öz əməklərini əsirgəməyən yazar dostlarım: Rəşad Məcidə, Əjdər Ola, Elçin Hüseybəyliyə və kitabı birgə hazırladığımız, Qarabağ məsələsinin Türkiyədə və dünyada yorulmaz təmsilçisi – Qənirə xanım Paşayeva təşəkkür etməyi özümə borc bilirəm!”

 

Nilufər ŞIXLI

Moskva
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə