Şanlı Çanaqqala savaşının 100 illiyi münasibəti ilə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkil etdiyi ədəbi müsabiqəyə əsər qəbulu başa çatıb.

 

Müsabiqəyə 45 şeir, 11 hekayə və 26 məqalə təqdim edilib.

Əsərlər hazırda ekspert qiymətləndirməsi mərhələsindədir. Aprelin 24-də müsabiqənin nəticələri açıqlanacaq, qaliblər ictimaiyyətə elan olunacaq.

Xatırladaq ki, hər nominasiya üzrə üç qalib seçiləcək və doqquz qalib Türkiyə səfirliyinin təşkilatçılığı ilə Çanaqqalaya səfər edəcək.

S.ABDULLAYEVA

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə