![]() |
![]() ![]() |
1 mart – YUNESKO təqviminə görə “Ümumdünya Şeir Günü ”, 22 mart isə BMT “Ümumdünya Su Resursları Günü”dür. Eyniz amanda 21 mart artıq bir neçə ildir ki, “Beynəlxalq Novruz Günü” kimi rəsmi qeyd edilir, Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycan Yazıçılar Birlyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi bütün bu əlamətdar günləri əsas götürərərək 19-23 mart tarixlər arasında ilkdəfə olaraq Beynəlxalq Poeziya Festivalı keçirməyi qərarlaşdırmışdır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təşkilatidəstəyi, Azərbaycan Respublikası Mədəniyyətvə Turizm nazirliyinin iştirakı ilə keçirilən “Su mövzusunda” I Bakı Beynəlxalq Poeziya Festivalının devizi olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sözün də su kimi lətafəti var” misraları seçilmişdir.
Matın 19-dan start götürən I Bakı Beynəlxalq Poeziya Festivalına Türkiyədən tanınmış türk şairi Ataol Bəhramoğlu və tanınmış gitara ifaçısı Haluk Çətin, İrandan Abbasəli Əhmədoğlu və Kamran Rəsulzadə, Rusiyadan Sergey Qlovyuk, Ukraynadan Marianna Kiyanovska, Belorusdan Tatyana Sivets, Serbiyadan Milisa Liliç, FinlandiyadanTomi Kontio Kalevi, Özbəkistandan Saodat Muxammadova qatılıblar.
Festivalın yaradıcı gündəliyində martın 20-də Kapell hausda keçirilməsi nəzərdə tutulan “100 dəqiqə şeir” poeziya-musiqi axşamı, Quba və Xaçmazda keçiriləcək qiraətlər və “Milli ədəbiyyatlarda su mövzusu” ətrafında elmi-ədəbi debatlar, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin gənclər birliyiilə görüş və poeziya axşamı, eyni zamanda turistik yerlərə gəzintilər nəzərdə tutulub.
Festivalın keçirilməsinə təşkilati dəstək vermiş “Azərsu” və iştirakçı qismində festivala qoşulmuş Mədəniyyət və Turizm nazirliyinə təşəkkür edən festivalın təşkilat komitəsinin rəhbəri, Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bunları dedi: “Bu gündən festival start götürür. Bir çox rəsmi ziyarətlər var. Yazıçılar Birliyinə, “Azərsu”ya, Mədəniyyət və Turizm nazirliyinə… Konsert və qiraət proqramı var. Ümidedirəm ki, bu günlər zəngin və maraqlı olacaq. Adından bəlli olduğu kimi bir birilkdir.
Ölkəmizdə son illərdə bir neçə miqyaslı beynəlxalq sənət festivalları, yaradıcı tədbirlər var. Amma şeir festivalı yoxdu. Halbuki məhz poeziya festivalı keçirməyimiz üçün daha ciddi tarixi əsaslarımız var. Bu gün keçirilən festivalı doğuran da ilk növbədə həmin zəmindir. İnanmaq istəyirəm ki, gələcəkdə bu festivalı ənənəvi eləmək imkanı olacaq. İndi lik onu deyə bilərəm ki, festivalın işinə dünyanın 8 ölkəsindən qatılan qonaq şairdən başqa bizim də müxtəlif nəsilləri təmsil edən şairlərimiz də qatılacaq. Bu ədəbi mübadilə üçün çox yaxşı imkandır. Festival bitdikdən sonra isə festival materialları əsasında çox ciddi tematik poeziya antologiyası hazırlanacaq. Mətnlər artıq çevrilib…”
AYB.az