![]() |
![]() ![]() |
aybKitab layihəsində 7-ci kitab olan "Zaman tuneli" kitabı Ramil Əhmədin ilk kitabıdır. Mart ayının 3-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Ramil Əhmədin İMZA GÜNÜ keçirilsə də, aybKitab ikinci bir İMZA GÜNÜnün keçirilməsinə qərar verib. 7 mart, saat 15:00-da Kİtabevim.az (28 may metrosu, Dəmir Yol xəstəxanasının yanı) kitab marketində keçiriləcək İMZA GÜNÜnə hər kəs dəvətlidir.
“Zaman tuneli” ayrı-ayrı məkanları, zamanları birləşdirir. Kitab 7 bölmədən və 77 şeirdən ibarətdir.
Burada gələcək və keçmiş iç-içə keçirilib, ağ və qara arasındakı xətt pozulub. Hamı və hər şey sınıq güzgünün göstərdiyi kimi yüzlərlə hissələrə bölünüb. Müəllif bu parçalanmanı yaratmaqla oxucunu sonsuzluğa səyahətə dəvət edir.
R.Əhməd 2011-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Yüksək təhsil göstəricilərinə görə iki dəfə (2013 və 2014-cü illərdə) “İlin tələbəsi” fəxri adı ilə təltif edilib.
Azərbaycan Yazıçılar Birliyinin və Gənc Ədiblər Məktəbinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülüb. 2015-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə “Gənclər mükafatı” ilə təltif olunub.
AYB.az