

Türkdilli Yazıçılar Birliyinin (TYB) əsasnaməsi Anara təqdim olundu
Bu gün Avrasiya Yazarlar Birliyinin (Ankara) başqanı Yakup Ömeroğlu Azərbaycan Yazıçılar Birliyində olub. Xalq yazıçısı Anarla görüşən Yakup bəy 18 fevral 2014-cü il tarixində Türkiyədə təsis edilmiş Türkdilli Yazıçılar Birliyinin (TYB) fəaliyyətilə bağlı məlumat verib. Daha sonra Yakup Ömeroğlu TYB-nin əsasnəməsini Anara təqdim edib. Söhbət zamanı Yakup bəy saytımızın əməkdaşına TYB baş qərargahının Eskişehirdə yerləşəcəyini və artıq TYB üçün binanın ayrıldığını xəbər verib.
Qeyd edək ki, Türkdilli Yazıçılar Birliyinin ilk başqanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar seçilib.
Fotolar AYB.az saytına məxsusdur, istifadə edərkən istinad vacibdir!
AYB Mətbuat Xidməti