
“Dədə Qorqud” ilk ikihissəli filmin ssenari müəllifi, xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar olub”. AYB-dən verilən məlumata görə, “Dədə Qorqud” dastanı əsasında serial çəkilməsi məhz Anarın təklifidir: ““Kitabi Dədə Qorqud” abidəsinin açılışında xalq yazıçısı Anar çıxışı zamanı çoxserialı “Dədə Qorqud” televiziya filminin çəkilməsi təklifini səsləndirib. Həmin vaxt Prezident İlham Əliyev də bu təklifi dəstəklədiyini bildirib.İlk filmin ssenari müəllifi olaraq Anar müəllim bu təklifə göstərilən diqqətə və sərəncama görə Prezidentə öz minnətdarlığını bildirir”, – deyə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib. Qeyd edək ki, 1975-ci ildə çəkilən iki hissəli “Dədə Qorqud” filminin quruluşçu rejissoru Tofiq Tağızadədir. Rasim Balayev, Həsən Məmmədov, Şəfiqə Məmmədova, Leyla Şıxlinskaya kimi aktyorların çəkildiyi filmin bəstəkarı Emin Sabitoğludur.
Xatırladaq ki, Azərbaycan prezidenti “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat vəsait ayrılıb.