Son xəbərlər

 

Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin təşkilatçılığı ilə Beyləqan rayon MKS-nin oxu zalında yazıçı İlqar Fəhminin AYB-nin Beyləqan Bölməsinin üzvləri ilə görüşü keçirildi. Görüşdə AYB-nin Beyləqan Bölməsinin sədri Asif Cəfərli qonağı salamlayaraq çıxış üçün sözü İ.Fəhmiyə verdi.

 

    İ.Fəhmi Beyləqan Ədəbi Mühitinin son illərdə xeyli canlanmasından, keçirilən tədbirlərin hərbi vətənpərvərlik mövzusunun gənc nəslin formalaşmasında böyük rol oynadığını vurğuladı. Məktəblilərin maariflənməsidə bu tədbirlərin önəmli yer tutduğunu söylədi.

    Tədbirdə iştirak edən şair və yazıçılardan Elman İsrafiloğlu, Raquf Budaqlı, Arif Həsənli, Əliağa Mehdiyev, Vəlyəddin Əhmədbəy, Fazil Əsəd, Əlixan Ziya, Rövşən Budaq, Azər Köndələnçaylı, Beyləqan Mədəniyyət Mərkəzinin direktoru İxtiyar Məmmədov, ATİAHİ Beyləqan rayon Komitəsinin sədri Tahir Həsənov çıxış edərək AYB-nin Beyləqan mühitinə ayırdığı diqqət və qayğıya görə AYB-nin rəhbərliyinə təşəkkürlərini bildirdilər.

    Sonra tar sədaları altında şairlərin şeirləri dinlənildi.

Tədbir iştirakçıları  rayonda yerləşən qədim tarixə malik Həzrəti Cərcis Peyğəmbər ziyarətgahını ziyarət etdilər. 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə