Son xəbərlər

 

05.07.2016-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin təşkilatçılığı ilə  Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemenin oxu zalında bölmənin sədri, yazıçı-publisist, şair Asif Cəfərlinin “Səma şairi” şeirlər kitabının təqdimatı oldu.

 

Təqdimatda AYB-nin Beyləqan  bölməsinin üzvləri,  “Araz” Ədəbi Birliyinin üzvləri,  Beyləqan Mədəniyyət Mərkəzinin nümayəndələri,  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri,  Beyləqan Diyarşunaslıq Muzeyinin əməkdaşları və bir çox ziyalılar iştirak ediblər. Tədbiri giriş sözü ilə AYB-nin  Beyləqan bölməsinin sədri, müəllif Asif Cəfərli açıq elan edərək tədbir iştirakçılarını salamladıqdan sonra  əsəsrlərinin yaranmasında və kitabın  ərsəyə gəlməsində bir çox  ziyalıların əməyini dəyərləndirərək sözü tədbirin aparıcısı, birliyin üzvü Mehman Əliyevə verib.

M.Əliyev çıxışında “bu gün məhsuldar söz adamı Asif Cəfərlinin “Səma  şairi” şeirlər kitabının təqdimatına  cəm olmuşuq.  Auditoriyanı  salamlayır və sizinlə dünyanın tükənməz sərvəti olan sözün işığında birlikdə olmaqdan qürur duyuram.  Həm də  o sözlərin ki,  doğum məkanın  daşıyıcısı bizim dostumuz, sadəliyi,  səmimiliyi ilə   hamımıza əziz olan  Asif  müəllimdir.  Bu gün biz,  sözssüz ki,  Asif Cəfərlinin nə rəsmi titullarını, nə də yüksək insani məziyyətlərini  müzakirə edəcəyik!  Onun əvəzindən yaradıcılığı,  onun köksündə, ruhunda, vətən qayəli düşüncəsindən süzülüb gələn və işığına yığışdığımız “Səma şairi”  kitabında  toplamış  şeirlərdən danışacağıq. “Səma şairi”  kitabına Asif Cəfərlinin özünün yazdığı  ön sözdə də  özü səmimi olaraq deyir ki,: “Həmişə çalışmışam ki,  poeziyamıza yeni bir ruh, bir nəfəs gətirim,  bunu nə dərəcədə etmişəm bilmirəm.  Bunu verirəm oxucuların ixtiyarına.”

Şairin istəyinə rəğmən əminəm ki,  bu gün biz  aktiv olacaq,  birlikdə olduğumuz müddətdə “Səma şairi” kitabındakı toplanmış şeirləri bacardığımız qədər söz tərəzisində çəkəcəyik... Müəllifin xətiri xoş olsun deyə onun yaradıcılığı ünvanına uyğun olmayan tərif etməyəcəyik. Şair “Rəngli yalanlar” şeirində deyir:

 

Dünyanı kor edib, rəngli yalanlar,

Haqqın qapısını aça bilmirik.

Bəzən özümüzü çox qınasaq da,

Rəngli yalanlardan qaça bilmirik.

Sözssüz mən bu kitabı qüsurlardan xali hesab etmirəm, amma, burada ocaq qalanıb, istisi könülləri istidən ocaq! Şair özü demişkən:-“Yanmayan ocağın tüstüsü olmur.”

Asif Cəfərli xalqı, milləti, vətəni üçün yanan şairdir” fikirlərini səsləndirib.

“Səma şairi” kitabının redaktoru şair  Elman İsrafiloğlu  kitab  haqqında  geniş məlumat verdi. Müəllifə uğurlar arzuladı.

Tədbirdə iştirak edən  Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Mirzəyev söz alaraq A.Cəfərlinin yeni şeirlər kitabının işıq üzü görməsi münasibəti   ilə təbrik etdi.  A.Cəfərlinin  öz  əsərləri, senariləri və  keçirdiyi silsilə tədbirlərlə Beyləqan Mədəniyyət Mərkəzinə dayaq olduğunu söylədi.

 MKS-nin direktoru Gültəkin Məmmədova,  Tarix Diyarşunaslıq  Muzeyinin direktoru Mehriban İsgəndərova, Beyləqan  Mədəniyyət Mərkəzinin direktoru İxtiyar Məhəmmədli, MKS-nin  şöbə müdiri Qəmər  Fərhadova  çıxışlarında müəllifin “Səma şairi” kitabından şeirlər söylədilər, fikirlərini bildirdilər. Manaflı Füruzənin ifasında müəllifin şeirləri dinlənildi.

Şair və yazıçılardan Vəliyəddin Əhmədbəy, Fazil Əsəd, Ağa Savalan, Ələddin  Əmrahov,  Rövşən Budaq, Allaherdi Kərimoğlu, Vüsal, Qəni Qəmli, Lalə Osmanqızı, Arif Həsənli, Mədəniyyət Mərkəzinin rejissoru  Müseyib İsmayılov və bir çox şair və  ziyalılar kitab haqqında fikirlərini bildirdilər, müəllifə  yaradıcılıq uğurları arzuladılar.

Tədbirə Aşıq İsmayıl saz havaları ilə rəng qatdı.

A.Cəfərli  bütün  tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

  



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə