Azərbaycanın təbii sərvətləri ermənilər tərəfindən talan edilir. Artıq bir neçə gündür ki, vətəndaş cəmiyyətinin üzvləri bütün bunlara etiraz olaraq dinc aksiya həyata keçirilirlər. Azərbaycan Yazıçılar Birliyi olaraq ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasını dəstəkləyir, aksiya iştirakçılarıyla həmrəy olduğumuzu bildiririk.

 

Azərbaycan Yazıçılar Birliyi 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə