![]() |
![]() ![]() |
Yazıçılar Birliyinin üzvü, 20-dən çox uşaq kitabının müəllifi Çinarə Köçərlinin təsis etdiyi “Ting nəşriyyatı” Türkiyənin tanınmış uşaq yazarı Ufuk Tufanla yeni layihə həyata keçirib. Ufuk Tufanın qələmə aldığı “Ərtoğrul bəy və Qayılar” adlı nəfis tərtibatlı, həm uşaqlara, həm də böyüklərə maraqlı və faydalı şəkildə yazılmış hekayələrdən ibarət tarixi roman işıq üzü görüb. 200 səhifəlik kitabda Qayıların köç xəritəsi və Qaya Alpdan başlayaraq Orxan qaziyə qədər şəcərəsi göstərilib. Kitabın sonunda verilmiş mənbə kitab vasitəsi ilə həm də böyüklərin bu mühüm tarixi olduğu kimi öyrənə biləcəklərini göstərir. “Ərtoğrul bəy və Qayılar” tarixi romanında Qayı elinin qədim türk yurdu Türküstandan başlayaraq Söyüd və Domaniçə qədər uzanan dastanabənzər köç səfərlərinin bütün dayanacaqları, Rum sərhədindəki fəaliyyətləri və Ərtoğrul bəyin 93 illik həyat hekayəsi təfərrüatlı şəkildə təsvir edilib. Nəşriyyat müəllifin qələmə aldığı başqa bir kitaba da maraq göstərib. Bu kitab isə Osmanlı tarixini tam mənası ilə özündə əks etdirən “Quruluş Osman” adlı 265 səhifəlik tarixi romandır.
Qeyd edək ki, bir ildir fəaliyyət göstərən “Ting nəşriyyatı” uşaqların tarixi köklərimizə bağlı, vətənpərvərlik ruhunda böyüməsi üçün həm yerli, həm də türk müəlliflərinin kitablarını davamlı olaraq nəşr etməkdədir.