![]() |
![]() ![]() |
Sentyabrın 16-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan yazıçılarının XIII qurultayı ilə bağlı ədəbi tənqid və tərcümə seksiyalarının toplantısı keçirilib. Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli tədbiri açıq elan edərək qurultayöncəsi görülən işlərlə bağlı məlumat verib. Sonra seksiya rəhbərliyi və üzvlərlə müzakirələr edilib, təkliflər dinlənilib.
Qeyd edək ki, bundan öncə nəsr, poeziya, uşaq ədəbiyyatı və dramaturgiya seksiyalarının toplantısı keçirilmişdi.
AYB.az