Yayım Assosiasiyasının təşkilatçılığı ilə Lənkəran şəhər Mərkəzi Kitabxanasında dedektiv-yazıçı Elbrus Kəlbiyevin oxucularla görüşü keçirilib. Görüşdə rayonun kitabxana əməkdaşları, ziyalılar və çoxsaylı oxucular iştirak ediblər. Tədbirin başlanğıcında Bakıdan gələn qonaqları salamlayan Mərkəzi Kitabxananın direktoru Nuranə Nəsirova Elbrus Kəlbiyevin kitablarının oxucular tərəfindən sevilərək oxunduğunu qeyd edib.  Görüşün təşkilatçısı Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov bu il yazıçı-oxucu görüşlərinin müxtəlif regionlar üzrə üç mərhələdə keçirəcəklərini bildirib: "İlk mərhələdə bolgələrdə yerli yazarlarla görüşlərin təşkili, ikinci mərhələdə mərkəzdən yazarların bölgələrdə görüşlərinin təşkili və nəhayət üçüncü mərhələdə bölgələrdə tanınan yazışıların paytaxtda görüşlərinin təşkili. Biz hazırda nəzərdə tutduğumuz layihənin ikinci mərhələsindəyik. Yəni məqsədimiz paytaxtda yazıb yaradan tanınmış şair və yazıçıların bölgələrdə görüşlərini həyata keçiririk."

Sonra söz yazıçı Elbrus Kəlbiyevə verilib. E. Kəlbiyev Bakı, Gəncə, Lerik, Sumqayıtdan sonra Lənkəran oxucuları ilə görüşdən məmnun olduğunu bildirərək yaradıcılığı haqqında danışıb, oxucuların suallarını cavablandırıb.    

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə