Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, həkim - şair hacı Malik Xəlil Ağagüloğlunun “Qısa  ömürlərin uzun  izləri “ adlı yeni irihəcmlı kitabı işıq üzü görüb. “Red N Line” MMC Nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr edilmiş əsər  müəllifin, say etibarilə, 7 - ci kitabıdır. İstedadlı yazıçı bu nəsr əsərində I və  II  Vətən ( Qarabağ)_savaşında ölümün gözünün içinə dik baxan, torpaq , Bayraq və  Vətən uğrunda şirin canlarını verərək, Şəhidlik məqamına ucalan həmyerlilərindən - Şabran rayon gənclərinin keçdikləri şərəfli döyüş yollarından,  göstərdikləri qəhrəmanlıqlarından  qürurla bəhs edir.  Maraqlı faktlarla və Şəhidlərin həyatlarından kövrək duyğularla zəngin olan bu kitabın maraqlı cəhətlərindən biri də budur ki, müəllif haqqında söz açdığı şabranlı Şəhidlərin hər birinə ayrıca şeir həsr etmişdir. 
  

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə