Bu günlərdə Bahar Bərdəlinin "Qarabağın dayağı Bərdə, Bərdənin qüruru şəhidlər" adlı kitabı çapdan çıxıb. Kitabda Qarabağın bir guşəsi olan Bərdənin Vətən müharibəsindəki iştirakından və bu müharibədə şəhid verdiyi igid, qorxmaz, vətənpərvər övladlarından bəhs edilir. Həmçinin kitabda böyük şəxsiyyyətlərin - N. Gəncəvinin, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Bərdə haqqında qiymətli, dəyərli fikirləri də yer alıb.
“Azpoliqraf” mətbəəsində çap oluna kitabın redaktoru filologiya üzrə fəsləfə doktoru, dosent Aygün Bağırlıdır.
AYB.az