Bu günlərdə (03.12.2021-ci il tarixdə) AYB-nin “Natəvan” klubunda çağdaş Azərbaycan dramaturgiyasının durumu, problemləri və qarşısında dayanan mühüm vəzifələrə həsr olunmuş toplantı keçirilmişdir.

   Tədbiri AYB-nin katibi, Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli açaraq çağdaş dramaturgiyamızın ümumi mənzərəsi barədə fikir söyləmiş, bir sıra qeyd və təkiflərini söyləmişdir.

   AYB dramaturgiya sektorunun rəhbəri, Əməkdar İncəsənət xadimi Firuz Mustafa son illərdə yazılıb səhnəyə qoyulmuş bir çox  dram əsərinin  məğzi və mahiyyəti barədə söz açmış, habelə bəzi teatrların müəlliflərə laqeyd, etinasız münasibətinə toxunmuşdur.

   AYB katibi İlqar Fəhmi və yazıçı, Əməkdar mədəniyyət işçisi Yunis Oğuz gələcəkdə  AYB ilə Azərbaycan Mədəniyyət Nazirliyinin birgə yaradıcılıq əmkdaşlığının gücləndirilməsi, hətta ədəbi əsərlər üzrə tenderlərin keçirilməsini təklif etmişlər.

  Əməkdar İncəsənət xadimi yazıçı-dramaturq Əli Əmirli öz çıxışında gənc dramaturqların teatrlara daha intensiv cəlb edilməsi məsələsinə toxundu.

  Yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi  Vaqif Əlixanov, yazıçı-dramaturq   Əyyub Qiyas, teatrşünas Vidadi Qafarov, habelə gənc dramaturqlar Pərvin və Elmin Nuri çağdaş dram əsərlərinə verilən maddi və mənəvi dəstək, son illərdə yazılmış pyeslərin bədii dəyəri, gənclərin yaradıcılığına münasibət, yeni yaradıcılıq planları barədə söhbət açmış və özlərinin gələcək arzu və istəklərini ifadə etmişlər.

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə