Bu günlərdə «Qobustan» Sənət Toplusunun payız sayı işıq üzü görüb. Dərgidə sənətin müxtəlif sahələrinə aid esselər, araşdırma yazıları, müsahibələr yer alıb:

- Xalq yazıçısı Anarın əziz müəllimi haqqında səmimi yazısı: Сəfər Cəfərovun çətin taleyi... Ziqzaqlı ömür yolu...

- Pərvin Mövlud Süleymanlının yepyeni "Dəyirman"ını təqdim edir...

- Xalq yazıçısı Mövlud Süleymanlının 50 il gizlətdiyi əlyazması, "Dəyirman" povestinin ardı bu sayda yer alıb...

- Akademik İsa Həbibbəylinin mərhum bəstəkar haqqında xatirələri...

- Xalq şairi Mikayıl Abdullayevin 100 illiyi dərginin rəngli səhifələrində qeyd olunur...

- Sevilən şair Fikrət Qocanın xanımı ömür-gün yoldaşına aid aid kövrək xatirələrini bölüşür...

- Türk yazıçısı İmdat Avşar İstanbulu Qərblilərin gözü ilə şərh edir...

- Gənclər "Soyuq günəş" filmini müzakirə edirlər...

- Narıngül Nadir tarın tarixinə nəzər salır...

- Məlahət Əliyeva Fotoların dilə gətirdiyi həqiqəti bölüşür... 

- Xəyalə Zərrabqızı "Bəbə səhnəsi"nin sehrindən danışır...

- Aynur Hilali təzə əsrin köhnə bəlasının - Xəsisliyin ədəbiyyatdakı əksini araşdırır... 

- Şəhid dostunun heykəlini yapan Gənc heykəltəraş Fərid Məmmədovun müsahibəsi... 

- Vahid Qazi xatirələrindəki Şuşadan, Ramil Əhməd ilk dəfə ayaq basdığı doğma şəhərindən danışır... 

- Zülfiyyə Qəniyeva "Qurama"sında kiçik, amma maraqlı faktlar...

 

BÜTÜN BUNLARI "QOBUSTAN"IN PAYIZ SAYINDA OXUMAĞA TƏLƏSİN! 

DƏRGİNİ AYB-NİN 4-CÜ MƏRTƏBƏSİNDƏN, «QOBUSTAN»IN REDAKSİYASINDAN ƏLDƏ EDƏ BİLƏRSİNİZ...   

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə