![]() |
![]() ![]() |
İndi Türkiyənin əksər kitab evlərində oxucuların ixtiyarına verilən belə bir kitab da var: Təranə Vahidin “Qarışqa təqvimi”.
AZƏRTAC xəbər verir ki, bu günlərdə yazıçı Təranə Vahidin “Qarışqa təqvimi” hekayələr kitabi Türkiyədə çap olunub. Türk Ədəbiyyatı Vəqfinin “Turay” Kitab Nəşriyyatında işıq üzü görən kitaba tanınmış yazıçı, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslan “Ön söz” yazıb. Kitabın redaktorları tanınmış yazıçı-tərcüməçi İmdat Avşar və tərcüməçi Səadət Örmecidir.