Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsi YAŞAT Fonduna vəsait köçürüb. Bu barədə AYB.az saytına Bölmənin sədri şair Xəzangül Hüseynova məlumat verib. Onun sözlərinə görə, AYB Gəncə bölməsinin əməkdaşları Fonda dəstək olmağı özlərinə mənəvi borc hesab ediblər. 
Bundan əvvəl Azərbaycan Yazıçılar Birliyi, Xalq yazıçısı Anar və AYB Həmkarlar İttifaqı tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna ianə edilmişdi. Eyni zamanda bir neçə gün öncə Azərbaycan Yazıçılar Birliyi tərəfindən YAŞAT Fonduna iki min manat vəsait köçürülüb. 
Qeyd edək ki, Prezident İlham Əliyev bu il dekabrın 8-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə