Bu il dünyanın müxtəlif yerlərində 170 illik yubiley tədbirləri keçirilən böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin Azərbaycan dilində yeni kitabı çıxdı. Abay. “Şeirlər, poemalar, Qara sözlər”. SBS-PP. 448səh. Kitaba Abayın bütün petik yaradıcılığı və nəsrlə yazdığı “Qara sözlər” adlı fəlsəfi düşüncələri  daxildir. Həm şeir və poemaları, həm də “Qara sözlər”i qazax dilindən Azərbaycan dilinə tanınnmış Azərbaycan şairləri Elxan Zal Qaraxanlı və İbrahim İlyaslı  tərcümə etmişlər.

Mahmud Kaşqari adına Beynəlxaq Fondun “İRS” seriasından olan bu nəşr, MM-in Mədəniyyət Komotəsinin sədri Qənirə Paşayeva və Mahmud Kaşqari Fondonun rəhbəri Elxan Zal Qaraxanın birgə layihəsidir. Öncəki illərdə  “İRS” seriyasından Nursulran Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik şaxanov kimi ünlü Qazaxstan müəlliflərinin kitabları da Azərbaycan dilində nəşr edilib. Abayın əsərlərinin Azərbaycan nəşrinə ön söz yazmış görkəmli Qazaxstan alimi, Abay adına Qazax Milli Pedoqoji Universitetinin Şərq filologiyası və tərcümə kafedrasının müdiri professor Knyaz Mirzəyev bu tərcümələri Abay yaradıcılığının xarici dillərə olan ən yaxşı tərcümələrdən olduğunu bildirir. Abayın həyat və yaradıcılığı barədə genuş məqalə yazan Qənirə Paşayeva yazısını bu cümlələrlə tamamlayır: “Dövlətimiz Bakının gözəl yerlərinin birində qazax xalqının böyük şairi Abayın böyük heykəlini ücaldıb. Qoy bu kitab da, dövlətimiz adına bu böyük şairə həsr olunan növbəti abidə olsun!”

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə