Məlum olduğu kimi may ayının 30-dan başlayaraq Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda IX Şairlər Günü layihəsi çərçivəsində tədbirlər təşkil edilib. Şamaxı, Gəncə, Şəmkir, Tovuz, Qazax, Bakı, Beyləqan, Siyəzən, Sumqayıt, Quba, Şəki, Göyçayda baş tutan tədbirlərdə görkəmli şairlərimizlə yanaşı, türk dünyasının böyük şairlərinin xatirəsi də yad edilib. IX Şairlər Günü tədbirləri iyunun 22-də yekunlaşıb. Müxtəlif ölkələrdən dəvət edilmiş qonaqlar Azərbaycan ədəbiyyatı, ədibləri ilə və eyni zamanda mədəniyyətimizlə, adət-ənənəmizlə yaxından tanış olmaq imkanı əldə ediblər. Qonaqlar Azərbaycanın gözəlliyinə heyran qaldıqlarını dilə gətiriblər. Hər il Şairlər Günündə təqdim eilən Müşfiq Mükafatına bu il dörd qələm adamı layiq görülüb. Qazaxıstan Yazıçılar Birliyinin I katibi, şair Aqberen Elgezek, Rusiyada yaşayan şair Günay Səma Şirvan, Türkiyədə yazıb-yaradan Fərqanə Yusifqızı və tanınmış şair Şövkət Zərrin Horovlu 2019-cu ilin Mşüfiq Mükafatlarına layiq görülüblər.

Qeyd edək ki, Şairlər Günü artıq doqquz ildir təşkil edilir. AYB Müşfiq Komissiyasının sədri, şair Xəyal Rza tərəfindən təsis edilən Şairlər Günü hər il unudulmaz şair Mikayıl Müşfiqin doğum günündə - iyunun ayının 5-də qeyd edilir.

 

AYB.az   

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə