![]() |
![]() ![]() |
Qazaxıstanın Qızıl orda şəhərində II Beynəlxalq “Parasattı Poeziya” (Fərasətli Poeziya) Festivalı keçirilib. Festivalda müxtəlif ölkələrdən tanınmış şairlər iştirak ediblər. Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza təmsil edib. Yüksək səviyyədə təşkil edilmiş tədbirlər Qazaxıstanın Kütləvi İnformasiya Vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb. Qızıl Ordanın ayrı-ayrı əyalətlərində silsilə tədbirlər təşkil edilib. Qızıl ordanın qubernatoru ilə görüşən şairlərlə ədəbi əlaqələrin inkişafı, yeni layihələr müzakirə edlib. Tədbirin sonuncu günü qala gecəsi təşkil edilib. Mindən çox tamaşaçının qatıldığı gecə dünyasını dəyişmiş Qazaxıstanın xalq şairi Fariza Onqarsınovanın xatriəsinə həsr edilib.
AYB.az