Mayın 14-də  Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tədqiqatçı alim Cahangir Hüseynovun “Fikir və düşüncələrim, mülahizələrim” kitabının təqdimatı keçirilib.

 

Musavat.com-un verdiyi məlumata görə, təqdimatda millət vəkili Nizami Cəfərov, tanınmış şair və yazıçılar, ziyalılar iştirak edib.

Tədbiri giriş sözü ilə müəllif Cahangir Hüseynov açıb. O, tədbir iştirakçılarını salamlayaraq, hər kəsə öz təşəkkürünü bildirib.

Daha sonra müəllif təqdim olunan kitabı haqqında məlumat verib: “Bundan əvvəl “Azərbaycan Nadir Əfşar Dövləti ” kitabım təqdim olundu. Daha sonra kitab Türkiyədə də nəşr olundu. Sonra gördüm ki, fikirlərim çoxdur və “Fikir və düşüncələrim, mülahizələrim” kitabımı yazdım və 2016-cı ildə aprel döyüşlərində həlak olanların xatirəsinə həsr etdim. Lakin gördüm ki, fikir, düşüncələrim davam edir, ona görə də kitabın 2-ci hissəsini çapdan çıxartdım”.

Millət vəkili Nizami Cəfərov da müəllifin yaradıcılığı haqda öz rəyini bildirib: “Cahangir Hüseynovun əsərləri bədii deyil, elmi-siyasi əsərlərdir. Bəzən görürük ki, son illər haqqında kitab yazılanda onlarda enerji olmur. Amma onun kitablarında enerji hiss olunur. Bildiyiniz kimi Cahangir Hüseynov hüquq mühafizə orqanlarında çalışıb, millət vəkili olub, ictimai-siyasi hadisələrdə iştirak edib. Bütün bunlardan sonra yazdıqda fikri və düşüncələr daha əsaslı olur.

Qeyd edim ki, Cahangir Hüseynovun “Azərbaycan Nadir Əfşar Dövləti” kitabı da çox dəyərlidir. Bildiyiniz kimi Nadir Əfşar bizim tarixşünaslığımızda layiqli qiymətini almamış böyük dövlət adamıdır. Onun xidmətləri Şah İsmayıl Xətaidən heç də az deyil. Bunun üçün də Nadir Əfşarda yazmaq lazımlıdır, gərəklidir”.

Daha sonra fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov kitab haqqında danışıb: “Fikir və düşüncələrim,mülahizələrim” kitabını yaşayaraq oxumuşam. Azərbaycanın elə oğulları var ki, yazmağı, hansı nöqtələrimizə toxunmağı bacarır. Lap gənc yaşlarından tanıdığım Cahangir Hüseynov da bu cür yazarlardan biridir. Kitabın ön sözünün müəllifi mənəm. Oxuculardan bu kitabı oxumağı tövsiyə edirəm”.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə