Siyəzən rayon İcra Hakimiyyətinin və “Cabir Novruz” Mədəniyyət Fondunun təşkilatçılığı ilə əməkdar müəllim, “Tərəqqi” medallı şair Nəcməddin Mürvətovun 65 illik yubileyi münasibətilə təntənili tədbir keçirilmişdir. Tədbirin aparıcısı professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı şair Məhərrəm Qasımlı Nıəcməddin Mürtvətovun yaradıcılığı haqqında danışmışdır. Qeyd etmişdir ki, 1997-ci ildə “İlk sözüm” adlı şeirlər kitabı ilə oxucularla görüşən şairin artıq 20-dən çox kitabı çapdan çıxıb.

AYB-nin müşaviri Rauf Aslanov Yazıçılar Birliyinin, Siyəzən RİH başçısının müavini Zəfər Əliyev isə rayon İcra Hakimiyyətinin yubilyara təbrik məktublarını oxumuşlar.

Nəcməddin Mürvətov haqqında nümayiş etdirilən kino xronikada xalq şairi Nəriman Həsənzadə, şair Zahid Xəlilin, filologiya elmləri doktoru Qurban Bayramovun, tənqidçi Vaqif Yusifzadənin N.Mürvətovun yaradıcılığı haqqında fikirləri səslənmişdir. Tədbirdə çıxış edən filologiya elmləri doktorları, professorlar Məhəmməd Əliyev, Nizami Tağıysoy, Baba Babayev, Nizami Muradoğlu, Abasqulu Nəcəfzadə, Maarif Cəfərov, tənqidçi Rasim Nəbioğlu, airlərdən Musa Ələkbərli, Barat Vüsal, AYB Şabran bölməsinin sədri Aydın Tağıyev və digər natiqlər Nəcməddin Mürvətovun yaradıcılığı haqqında fikirlərini bölüşmüşlər.

Əməkdar artistlər - Əbülfət Oğuz və Elza Seyidcahan şairin sözlərinə yazılmış mahnıları ifa etmiş, əməkdar artist Hüsniyyə Mürvətova isə şairin şeirlərini qirayət etmişdir.

Tədbirin sonunda çıxış edən Nəcməddin Mürvətov təşkilatçılara və iştirakçılara öz minnətdarlığını bildirmişdir.

 

AYB.az

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə