Dekabrın 25-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yazıçı-publisist, millət vəkili Cavanşir Feyziyevi qəbul edib. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca, katib Rəşad Məcid, Mətbuat xidmətinin rəhbəri Xəyal Rza da iştirak edib.  Cavanşir Feyziyev yeni nəşr olunmuş kitablarını Xalq yazıçısı Anara hədiyyə edib. Görüşdə Türk dünyasından, ədəbi əlaqələrdən söz açılıb. Millət vəkili Türk dünyasıyla bağlı bir müddət bundan öncə nəşr edilmiş 5 cilddliyilə bağlı Azərbaycan Yazıçılar Bİrliyinin sədrinə ətraflı məlumat verib. Xalq yazıçısı Anar Cavanşir Feyziyevə Azərbaycan Yazıçılar Birliyinin üzvülük vəsiqəini tədqim edib, ona yeni yaradıcılıq uğurları arzulayaraq, təbrik edib. Cavanşir Feyziyev Azərbaycan Yazıçılar Birliyinin sədri Anara minnətdarlığını bildirib. Sonra xatirə şəkilləri çəkilib.

 

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə