![]() |
![]() ![]() |
Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Firuzə Məmmədlinin «Seçilmiş əsərləri»nin IX cildi çapdan çıxıb.
Kitaba şairin son illərdə yazdığı şeirlərlə yanaşı, əvvəlki illərdə Sovet ədəbi senzurası tərəfindən, daha sonralar isə müxtəlif səbəblərdən nəşr olunmamış poetik nümunələr də daxil edilib. Qeyd edək ki, bu şeirlərin böyük bir qismi ilk dəfə olaraq şairin «Seçilmiş əsərləri»nin IX cildində çap olunur.
İnsan, zaman, kainat... budur şairin poetik nəfəsinin koordinatları. Əvvəlki cildlərdə olduğu kimi, oxucu bu nəşrdə də insan və mühit, zahir və batin, maddiyyat və mənəviyyat poeziyanın estetik qatlarında fikrin yüksək bədii ifadə tərzi ilə rastlaşacaq.
AYB.az