Sentyabr ayının 29- da Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Poeziya evində  “Söz - 2018” Poeziya bayramı keçirildi.

       AYB  Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin ideya müəllifi istedadlı şair Sabir Sarvanın olduğu bu bayramın şəhərdə hər il geniş şəkildə qeyd edildiyini vurğuladı.

Azərbaycan Yazşıçılar Birliyinin katibi Rəşad Məcid, Mətbuat xidmətinin rəhbəri Xəyal Rza, tanınmış Türk şairi və tərcüməçisi İmdat Avşar,”Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyinin rəhbəri, şair- publisist Lamiyə İsazadə, şair- dramaturq Nizami Muradoğlu, Sumqayıt Dövlət Universitetinin müəlimi, professor Həsən Sadıqov, Bakı Dövlət Universitetinin müəllimi Aydın Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamladılar və sözün qüdrətinin nəyə qadir olduğundan danışaraq, sumqayıtlı yazarların söz bayramını təbrik etdilər. 

Şairlərdən Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Qənirə Mehdixanlı, Məmməd Namaz, Məryəm Aslanqızı, Rafiq Yusifoğlu, Rafiq Dağkəsəmənli, Ələsgər Həsənli, Süleyman Hüseynov, Rəfiqə Şəms, Zirəddin Qafarlı, İbrahim İlyaslı, Rafiq Oday, Namiq Məna, Elbrus Qayalı, Güloğlan Dünya, Asif Asiman, Nazir Rüstəm, Mədaxil Cavadlı, Ruzigar Çələbi, Nəriman Nərimanlı, Kəramət Əmirli, Sabir Yusifoğlu, Müqəddəs, Nisə Qədirova, Xəqani Əmini, Lilpar Cəmşidqızı, Qaratel Azərinin, Süleyman Həziyev, Samir Hacının şeir sovqatı məclisə  poetik  ovqat bəxş etdi.

Yazıçılaradan Almaz Sahilə, Hafiz İmamnəzərli belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açdılar.

S.Vurğun adına Mərkəzi kitabxananın gerçəkləşdirdiyi klassiklərin və yerli yazarların kitablarından ibarət sərgi isə bayrama başqa bir rəng qatdı.

Gənc şair, Sumqayıt Dövlət Universitetinin Filologiya fakultəsinin 3-cü kurs tələbəsi Saqi Alıyevin oxuduğu şeir ədəbiyyatın yeni nəsildə davamının rəmzi kimi qəbul edildi.

Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin bu tədbirin araya- ərsəyə gəlməsində dəstək olan hərkəsə təşəkkürünü bildirdi.

“BaşSarıtel” havası ilə səhnəyə dəvət edilən şair və yazıçılar Sumqayıt ictimaiyyəti tərəfindən coşku və alqışlarla qarşılandı.

 

Xələfbəyli Mənsurə Eldarqızı, AYB – nin üzvü

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə