![]() |
![]() ![]() |
Martın 9-da Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Abbes Benmoussat Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarı ziayət edib. Azərbaycandakı fəaliyyəti haqqında geniş məlumat verən Səfir iki ölkə arasında ədəbi və mədəni ələqalərin inkişafı üçün həyəta keçiriləcək layihələrdən söz açıb. Səfir xalq yazıçısı Anarın “Vahimə” əsərini ərəb dilində oxuduğunu və bu əsəri çox sevdiyini, Anar yaradıcılığı ilə məhz həmin vaxtdan maraqlandığını bildirib: “Mən çox istəyərdim ki, sizin kimi dahi yazıçını məim ölkəmdə hər kəs tanısın. Elə bu səbəblə də Sizin əsərlərinizi yüksək tiajla çap edib, ölkəmizdə təbliğ etmək istəyirik”. Daha sonra cənab Abbes Benmoussat AYB sədrini öz ölkəsinə rəsmi səfərə dəvət edib. Görüşdən məmnun olduğunu bildirən və haqqındakı yüksək fikirlərə, dəyərə görə Səfirə minnətdarlığını çatdıran AYB sədri, Əlcəzairdə səfərdə olduğunu, bu ölkəni çox bəyəndiyini bildirib və xatirlərini bölüşüb. AYB sədri nəzərdə tutulmuş layihələrdə Azərbaycan Yazıçılar Birliyinin yaxından iştiak edəcəyini qeyd edib. Xalq yazıçısı Səfirə ərəb dilində nəşr edilmiş kitabını hədiyyə edib. Görüşün sonunda xatirə şəkili çəkilib.
AYB.az