Türkiyə Ədəbiyyat Vəqfi mətbuat  xidmətinin verdiyi xəbərə görə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu Türkiyə Ədəbiyyat Vəqfinin Azərbaycandakı fəxri təmsilçisi təyin olunub. Türkiyə Ədəbiyyat Vəqfinin başqanı Sərhəd  Kabaklının imzaladığı Təmsilçilik diplomunda bu sözlər qeyd olunub: “Türk mədəniyyət, sənət və ədəbiyyat həyatının inkişafı, dərin mədəni irisn gələcəyə ötürülməsi və keçimişdə böyük xidmətlərə imza atmış dəyərli adların xatrlanaraq gələcək nəsillərə tanıdılması, qardaş ölkə ədəbiyyatları arasındakı işbilriliklərinin gücləndirilməsi ümidləriylə qurulan Türkiyə Ədəbiyyatı Vəqfinin egidasıyla  dəyərli işlərə imza atacağınıza inanır, fəaliyyətinizdə güc və uğur arzu edirik...”

Səlim Babullaoğlu AYB.az-a eksklüziv açıqlamasında bunları deyib: “Türkiyə Ədəbiyyat Vəqfi” Türkiyənin dəyərli və türkdilli arealda bilinən, görkəmli türk yazarı, jurnalisti Əhməd Kabaklı tərəfindən təsis edilmiş qurumlarındandır,  “Türk Edebiyyatı” dərgisi kimi ciddi  bir nəşri 50 ilə yaxın bir vaxtdır hər ay nəşr edir.  Mən Vəqfin rəhbəri hörmətli Sərhəd  Kabaklıya, tanınmış tərcüməçi və yazar İmdat Avşar başda olmaqla namizədliyimi irəli sürmüş və dəstəkləmiş hər kəsə, İdarə Heyəti üzvlərinə təşəkkür edirəm. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi mən onsuz da xalqların ədəbiyyatlarının yaxınlaşması və mübadiləsi işi ilə məşğul olmuşam. İndi isə fəaliyyətim yəqin ki, türk ədəbiyyatları istiqamətində daha dərin və əsaslı xarakter alacaq...”

 

AYB.az

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə