Son xəbərlər

 

Yaddaşımda nə ki vardı, cəm etdim,

Gündüzləri gecələrə şam etdim,

Vərəqləri qələmimlə şum etdim,

Sözüm bitib tükənmədi, nə yaxşı.

 

Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Firuzə Məmmədlinin “Söz macalı” adlı yeni şerilər kitabı işıq üzü görüb. 30-dan artıq kitabın, 4 monoqrafiyanın, 120-dən çox elmi və publisistik məqalənin müəllifi olan Firuzə Məmmədli filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentidir. Şeirləri müxtəlif dillərə tərcümə edilib. Bir çox dillərdə yazılmış bədii əsərləri dilimizə tərcümə edən Firüzə Məmmədli  2012-ci ildə “Tərəqqi”, 2017-ci ildə “Qızıl kəlmə” mükafatlarına layiq görülüb. Şairin 8 cildlik “Seçilmiş əsərləri”ndən sonra “Söz macalı”nda müxtəlif illərdə qələmə aldığı şerilərindən seçilmiş nümunələr yer alıb.

 

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə