6 noyabr 2017-ci il tarixdə N.Nərimanov adına 45№li  tam orta məktəbdə  “Bayrağımız qürur mənbəyimizdir” devizi altında tədbir keçirilib. Dəvət olunmuş qonaqlar - H.Aslanov adına Mərkəzi Zabitlər Evinin əməkdaşı , əməkdar mədəniyyət işçisi şair Zəminə Xınalı , “ Ulduz ” jurnalının poeziya şöbəsinin rəhbəri, Prezident təqaüdçüsü şair Fərqanə Mehdiyeva  və tədbir iştirakçıları  fidan balaların ürəkdən söylədiyi şeirlərə, böyük həvəslə oxuduqları  mahnılara, kiçik “aktyor”ların  sərbəst danışıq və səhnə hərəkətlərinə heyran qaldıqalrını bildiriblər. Vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik motivləri əsasında  4 b  sinfinin müəllimi Elnarə Ocaqverdiyevannın təşkilatçılığı ilə hazırlanmış tədbir tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Hər bir sözün  mənasını dinləyicilərə böyük şövqlə çatdırmağa çalışan şagirdlər öz ifaları ilə qəlbləri riqqətə gətiriblər. Tədbirdə müqəddəs Azərbaycan torpağını canından artıq sevən igid əsgərlərimiz, cənnətməkan şəhidlərimiz hörmətlə yad edilib.

Tədbirdə   iştirak edən qonaqlar öz ürək sözlərini bildirərək şagirdlərin əməyini layiqincə qiymətləndiriblər. Məktəbin direktoru  N.Axundovaya öz təşəkkürünü bildirən qonaqlar,  onun  bu az müddət ərzində gözəçarpan  dəyişiklik və irəliləyişlər etdiyini qeyd edərək ona bu şərəfli işində uğurlar  arzuladılar. 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə