Son xəbərlər

 

Bu gün Azərbaycan Yazıçılar Birliyinin "Natavan" klubunda ədəbiyyatşünas Rüstəm Kamalın kitabının təqdimat mərasimi keçirilib.

 

“Güzgü günü” adlı kitabın redaktoru Azər Turan, rəyçiləri akademik Nizami Cəfərov, professor Məmməd Qocayevdir. Kitaba Rüstəm Kamalın 2015-2017-ci illərdə “Ədəbiyyat qəzetində” çap olunmuş yazıları daxil edilib. Yeni, maraqlı baxış bucağı və bədii-ezoterik kontekst bu mətnləri bir araya gətirir, filoloji təhlili esse təxəyyülü ilə birləşdirir.

Kitaba ön sözü ədəbiyyatşünas alim Məti Osmanoğlu yazıb.

Təqdimat mərasimində şair, publisist Qəşəm Nəcəfzadə, tənqidçi İradə Musayeva, rəssam Qafar Sarıvəlli, ədəbiyyatşünas Məti Osmanoğlu, Bakı Dövlət Universitetinin tələbələri və digərləri iştirak edirdilər.

Manera.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə