Çörəklərini Yazıçılar Birliyinə qarşı təxribatlarla qazananlar Namiq Mənanın guya Birliyin Qubadlı bölməsinə rəhbər təyin edilməsi haqqında verilən yalan xəbərləri, yalan məlumatları yaymaqla və bu barədə rəy sorğusu keçirmələriylə bağlı bir daha təkzib verməyə məcburuq. Nizamnaməyə uyğun olaraq, bölmə rəhbəri Yazıçılar Birliyinin katibliyində təsdiq olunur. Katiblik Namiq Mənanın bu vəzifəyə təyin olunması məsələsini müzakirə etməmiş və bu barədə heç bir qərar verməmişdir. Bu təyinatdan “hörmət qoxusu gəlir” deyənlər bizi öz arşınlarıyla ölçməsinlər və bir daha bizi iynəməsinlər.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti

28 sentyabr 2017

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə