Son xəbərlər

 

Avqustun 16-da Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu İndoneziya Respublikasının Bakıdakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüsnan Bəy Fənanini onun rezidensiyasında ziyarət edib. Görüşdə Azərbaycan- İndoneziya ədəbi əlaqələrinin, ədəbi mübadilə işinin inkişafı perspektivləri müzakirə edilib.
 Səlim Babuıllaoğlu: “Mən cənab Səfiri  “Tuna” mətbəəsinin rəhbəri, tanınmış naşir, dostum Rəşid Çulaqovla birlikdə ziyarət etdim. Görüşdə təşəbbüskar Bədii Tərcümə Mərkəzi idi, biz idik. Xoş bir görüş oldu. Bu gün indoneziyanın Müstəqllik Günüdür. Bir gün əvvəldən vaxt darlığı və məxsusi hazırlıq tədbirləri olsa da  cənab Səfir bizi qəbul elədi və uzun söhbət elədik. Səfir Hüsnan Bəy Fənani ədəbiyyatı bilən, sevən, ədəbiyyata bağlı insandır. Əsl ruh adamıdır. Maraqlı söhbət etdik, fikir mübadiləsi elədik. Azərbaycan- İndoneziya ədəbi əlaqələrinin, ədəbi mübadilə işinin inkişafı perspektivləri haqqında xeyli danışdıq, ümumi rəyə və razılığa gəldik....”- 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə