Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli, 3011 saylı Sərəncamı əsasında KİV əməkdaşları üçün inşa edilmiş II binada mənzillər sahiblərinə çatdı. Mənzillərin ədalətli bölgüsü üçün yaradılmış xüsusi komissiya öz işinin öhdəsindən layiqincə gəldi. Açıqlanmış siyahıdan da göründüyü kimi mənzilə ehtiyacı olan səriştəli, peşəkar jurnalistlər elə ictimaiyyətin də tanıdığı, bildiyi imzalardır.  Jurnalistlərə, qələm adamlarına, yaradıcı insanlara göstərilən dövlət qayğısı dünyada bir ilkdir. Əfsuslar olsun ki, bəzi jurnalistlər bu humanizmə, dövlət qayğısına kölgə salmağa cəhd göstərirlər. Əlbəttə, biz də arzulayırıq ki, ölkədə mənzilə ehtiyacı olan bütün yaradıcı insanlar mənzil sahibi olsunlar. Ancaq bu bir və ya bir neçə günün işi deyil. Siyahıda jurnalist fəaliyyəti ilə də bilinən, ədəbiyyat adamları, Azərbaycan Yazıçılar Birliyinin üzvləri də var. Onların mənzillə təmin olunması, bu siyahıda yer alması Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyini də sevindirdi.  Lakin yuxarıda da qeyd etdiyimiz kimi bəziləri bunu qısqanclıqla qarşılayaraq, bu imzalara guya AYB rəhbərliyinin müraciəti əsasında məznil verildiyi kimi gərəksiz və yanlış fikirlər səsləndirdilər. Bildiririk ki, həmin yazarlar AYB rəhbərliyinin tövsiyyəsi və müraciəti əsasında deyil, özlərinin, yaxud çalışdıqları qurumların müraciəti əsasında bu sıyahıda yer alıblar.

Mənzillə mükafatlandırılmış bütün qələm adamlarını təbrik edirik. Bu humanist təşəbbüsündən dolayı cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk.

 

AYB Mətbuat Xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə