Son xəbərlər

 

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə Nigar Rəfibəylinin doğum gününə həsr edilən tədbir təşkil olunub.  Tədbiri giriş sözü ilə AYB-in Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova Nigar Rəfibəyli poeziyası haqqında məlumat verib.

 

Xəzangül Hüseynova çıxışında Gəncənin tanınmış nəsillərindən olan Rəfibəylilərdən, onların represiyalara düçar olmasından, Nigar Rəfibəylinin keçdiyi əzablı, keşməkeşli, lakin çox şərəfli həyat yolundan danışıb.

Nigar Rəfibəyli adına 43№ -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Cəfərova Nigar Rəfibəyli poeziyasının rəngarəngliyi, tərcümə sahəsində fəaliyyəti barədə söz açıb. Sonra jurnalist Fazil Kazımov Rəfibəylilər nəslinin Azərbaycan xalqı qarşısında olan müstəsna xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Şair və yazıçılardan Sahib İbrahimli, Ramiz Təmkin, Saleh Qurbanov və başqaları Nigar Rəfibəyli barədə öz fikirlərini səsləndiriblər. 43№ -li tam orta məktəbin şagirdləri Nigar Rəfibəylinin şerlərindən ibarət kompazisya ilə çıxış ediblər.

Samirə Səmədova



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə