Son xəbərlər

 

Nurlan” nəşriyyatında tanınmış şairin, “Qızıl Kəlmə” mükafatı laureatı Firuzə Məmmədlinin “Seçilmiş əsərləri”nin 8 cildi çapdan çıxıb.

 

AZƏRTAC xəbər verir ki, kitabda şairin son dövrlərdə yazdığı lirik, epik, fəlsəfi səpkidə şeirləri işıq üzü görüb.

Firuzə Məmmədli özünəməxsus yaradıcılığa malik təkrarsız poeziyası, lirik məni olan şair kimi daim oxucuların diqqətini cəlb edir. Şeirlərindəki Vətən sevgisi, halallığa, düzlüyə çağırış hər zaman yazdıqlarını oxunaqlı edib. Xalq Yazıçısı Anar onun yaradıcılığını yüksək qiymətləndirərək, onu Azərbaycan poeziyasının zəngin ədəbi ənənələrini davam və inkişaf etdirən söz adamlarından biri kimi dəyərləndirib.

Kitaba yazıçı-publisistlər Təyyar Salamoğlu və Balayar Sadiq “Son söz” yazıblar.



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə