Son xəbərlər

 

Bakıda “Böyük İpək Yolu” Beynəlxlaq Gənclər  İttifaqının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə  “Gənc Şairələrin Bakı Forumu” keçirilir.

 

Forumun iştirakçları bu gün Azərbaycan Yazıçılar Birliyində olub, qurumun sədri, xalqı yazıçısı Anarla görüşüblər. Görüşdə İpək Yolu üzərində olan xalqların tarixi ənənələri, həmçinin ədəbiyyat sahəsində də  bir sıra oxşar cəhətləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda xalqımızın zəngin ədəbi irsi barədə qonaqlara məlumatlar verilib.

Sonra Forum iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhu ehtiramla anılıb. Həmçinin iştirakçılar Bakının görməli bir sıra yerləri ilə də tanış olublar.

Qeyd edək ki, ənənəvi olaraq keçirilən “Gənc Şairələrin Bakı Forumu”na bu il Gürcüstan, Xorvatiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Mərakeş, Türkiyə, Ukrayna, Əfqanıstan Tunisdən iştirakçılar qatılıb. Forum sabah öz işinə davam edəcək. 



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə