![]() |
![]() ![]() |
Əziz Məhsim müəllim!
Bu günlərdə «ARB Şimal»ın 9 yaşı tamam oldu. Doqquz- bir mərhələnin sonu, növbəti mərhələnin başlanğıcıdır, ümid edirəm «ARB Şimal»ın taleyində də, Sizin bioqrafiyanızda da məhz belə olacaq.
.Bölgədə ilk dəfə peşəkar tv standartlarını tətbiq etmək Sizin ilk uğurunuzdusa, sənətə, xüsusən də ədəbiyyata, ədəbiyyat adamlarına bütün fəaliyyətiniz boyu dəstək verməniz, diqqətli yanaşmanız məncə Sizin əsas uğurunuzdur və bunu mən də, həmkarlarım da həmişə minnətdarlıqla qeyd edirlər.Çünki televiziya da digər bütün sənətlər kimi daha əvvəl və daha çox sözün övladıdır.
Dövlətimiz də Sizin fəlaiyyətinizi həmişə yüksək qiymətləndirib. ARB Şimal»ı qurmuş və onun başında dayanan bir peşəkar kimi milli mətbuatımızın 140 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilənlər sırasında olmanız bunun ən yaxşı sübutudur.
Çox işıqlı, maarifpərvər və peşəkar fəaliyyyətiniz üçün, eyni zamanda 9 yaşınız münasibəti ilə «ARB Şimal»ın bütün kollektivini, şəxsən Sizi şəmimiyyətlə təbrik edirəm, bol-bol peşəkar və şəxsi uğurlar arzu edirəm.
Hörmətlə, Səlim Babullaoğlu,
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri