Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 110 illiyi münasibətilə İstanbulda və Ankarada yubiley tədbirləri keçiriləcək. 

Yubiley tədbirləri çərçivəsində kitab və foto sərgisi, beynəlxalq elmi konfrans və şairin şeirlərindən ibarət bədii hissə nəzərdə tutulub.

Noyabrın 14-də saat 12:00-da  36-cı İstanbul Beynəlxalq Kitab Sərgi-yarmarkasında Azərbaycan ekspozisiyasının önündə Səməd Vurğunun 110 illiyilə bağlı tədbir (ünvan: TÜYAP Fuar ve Kongre Merkezi Cumhuriyet Mahallesi Eski Hadımköy Yolu Cad. No:9/1 34500 Büyükçekmece / İstanbul, Türkiye) gerçəkləşəcək. 

Ertəsi gün saat 15:00-da Ankarada TÜRKSOY-un iqamətgahında  Beynəlxalq elmi konfrans, kitab sərgisi və Milli Kitabxananın nəşri olan “S.Vurğun. Biblioqrafiya” kitabının təqdimatı (ünvan:Ferit Recai Ertuğrul Caddesi No: 8 Or-An ANKARA/TÜRKİYE),  ayın 17-də saat 11:00-da Türkiyə Milli Kitabxanasında (ünvan: Bahçelievler Son Durak 06490 Çankaya/Ankara) kitab və foto sərgisi, biblioqrafiyanın təqdimat mərasimi keçiriləcək.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə